• $
  • £

Ukrayna strateji bombardmançıların istehsal edildiyi zavoda hücum edib

Ukrayna strateji bombardmançıların istehsal edildiyi zavoda hücum edib
20.01.2025 17:51
Gecə və səhər saatlarında Tatarıstan və Kaluga vilayətində yerləşən sənaye obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Lakin hansı müəssisələrin hücuma məruz qaldığı barədə dəqiq açıqlama verilməyib. "Bu səhər düşmən PUA-ları respublikanın sənaye obyektlərinə hücum etməyə cəhd göstərib. Müdafiə tədbirləri görülüb və nəticədə bütün pilotsuz uçuş aparatları zərərsizləşdirilib. Ölən və ya dağıntı yoxdur”, –  Tatarıstan rəhbəri Rustam Minnihanovun mətbuat xidməti bildirib.

Bununla belə, yerli mətbuat Kazanın Aviatəhsil rayonunda bir neçə partlayış dalğasının baş verdiyini yazıb. Burada iri aviasiya istehsalı müəssisələri fəaliyyət göstərir. PUA hücumu səbəbindən Kazan və Nijnekamsk hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Bəzi Rusiya Telegram-kanalları Kazan Qorbunov adına Aviasiya Zavodunun hücuma məruz qaldığını bildirib. Bu müəssisədə strateji raketdaşıyan bombardmançılar Tu-160, habelə uzun mənzilli Tu-22M3M/Tu-22M3 bombardmançıları istehsal edilir və təmir olunur.

Kaluga vilayətinin qubernatoru Vladislav Şapşa bölgədəki müəssisələrdən birinin hücuma məruz qaldığını və yanğının baş verdiyini bildirib. "Kaluga kənarında PUA qalıqları zavod ərazisinə düşüb. Kiçikmiqyaslı yanğın operativ şəkildə söndürülüb”, – Şapşa açıqlama verib.
 
N.Təbrizli






































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol