• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Meymunçiçəyi ilə bağlı kütləvi vaksinasiyaya ehtiyac yoxdur - Səhiyyə Nazirliyinin eksperti

Meymunçiçəyi ilə bağlı kütləvi vaksinasiyaya ehtiyac yoxdur - Səhiyyə Nazirliyinin eksperti
22.01.2025 15:46
Meymunçiçəyi ilə bağlı əhalinin kütləvi vaksinasiya olunmasına ehtiyac yoxdur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev meymunçiçəyi virusu ilə bağlı danışarkən deyib. 
 
O bildirib ki, ÜST-ün tövsüyələrinə uyğun olaraq suçiçəyi virusunda istifadə olunan vaksinlər bu virus üçün də keçərlidir. 

Bir neçə gün öncə Azərbaycanda bir nəfərin meymunçiçəyinə yoluxması faktı aşkar edilib. 
 
Sentyabrın 9-da Azərbaycan hökuməti Prezident Administrasiyasının tapşırığına əsasən ölkə ərazisində meymunçiçəyi virusunun qarşısının alınması istiqamətində profilaktik tədbirlərin icra olunmasını müzakirə edib.

Hazırda bir çox ölkələrdə "Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.


2024-cü ilin səkkiz ayında Afrika ölkələrində meymunçiçəyi virusuna 22,8 min nəfər yoluxub.
 
Bildlrilib ki, bu dövr ərzində 622 nəfər ölüb. Yoluxma hallarının son 1 həftə ərzində 2 dəfə artdığı deyilir. 
 
Bundan əvvəl ÜST açıqlama verərək bildirib ki, meymunçiçəyi ilə mübarizə planı (mpox) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
 
Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir və  insana əsasən heyvandan keçir.


Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişir və 2-4 həftə davam edir.
 
Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

Məlumat görə,  infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
 

Gülnar Nazimqızı 
 

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava ilə bağlı - Xəbərdarlıq
Cəmiyyət 15:29
Hava ilə bağlı - Xəbərdarlıq
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Cəmiyyət 14:13
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəmiyyət 14:00
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 13:15
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Yer kürəsində maqnit qasırğası müşahidə olunur
Cəmiyyət 11:13
Yer kürəsində maqnit qasırğası müşahidə olunur
DYP "Təmiz Hava" aylığı elan edib
Cəmiyyət 10:30
DYP "Təmiz Hava" aylığı elan edib
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 16:28
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Mağazada təhlükəli vəziyyətdə qalan şəxs xilas olunub - Video
Cəmiyyət 14:36
Mağazada təhlükəli vəziyyətdə qalan şəxs xilas olunub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol