Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
![Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat](https://anews.az/photo/850x500/2025-01/1737629575_0e3be456-7ff5-387b-a793-97fb0ee20077_850.jpeg)
Son 5 ildə qazanılan yeni milli və siyasi kimlik Zəfər Konstitusiyasının qəbulunu zəruri edir. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
"Referendumun keçirilməsi ilə qalib vətəndaşlarımızı, bütün ictimai-siyasi təşkilat və hərəkatları ümumxalq prosesinə qoşmağa ehtiyac duyulur. Son illə müqayisədə dövlət-vətəndaş müanisbətləri köklü şəkildə dəyişib. Eyni zamanda, son illər fərqli idarəetmə təsisatları, məsələn, xüsusi nümayəndəlik institutu icra hakimiyyətləri ilə yanaşı, nəinki azad torpaqlarda, o cümlədən, Naxçıvan Muxtar Respublikasında tətbiq edilib.Konstitusion dəyişikliklər millətimizin gələcəyini formalaşdırmaq baxımından həyati zərurətə çevrilib", - o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər