• $
  • £

Putin Rusiya iqtisadiyyatının vəziyyətindən narahatdır - Reuters

 Putin Rusiya iqtisadiyyatının vəziyyətindən narahatdır   - Reuters
23.01.2025 17:46
Vladimir Putin Ukrayna ilə müharibə şəraitində Rusiya iqtisadiyyatının vəziyyətindən getdikcə daha çox narahat olur.  Bu barədə Reuters agentliyi öz mənbələrinə istinadən bildirir. 
 
Agentliyin mənbələrindən birinin sözlərinə görə, Rusiya prezidenti müharibənin əsas məqsədlərinin artıq yerinə yetirildiyini düşünür.

Reuters qeyd edir ki, Putin belə nəticələrə gələn bir vaxtda ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini mümkün qədər tez bitirməyə çağırır.

Agentliyin beş anonim mənbəsi Putinin müharibənin Rusiya iqtisadiyyatına ciddi təsirini dərk etdiyini bildirib.

Məqalədə qeyd olunur ki, genişmiqyaslı işğalın başlamasından sonra Qərbin tətbiq etdiyi geniş sanksiyalara baxmayaraq Rusiya iqtisadiyyatı sabit şəkildə böyüməkdə davam edib, lakin ölkədə inflyasiya sürətlə artıb və işçi qüvvəsi çatışmazlığı yaranıb.

Reuters mənbələrinin məlumatına görə, Putinin iqtisadiyyatdan narazılığı xüsusilə dekabrın 16-da Rusiya biznesmenləri ilə görüş zamanı hiss olunub. Görüşdə o, hökuməti sərt şəkildə tənqid edib.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, prezident ən çox yüksək kredit faizlərinin özəl investisiyaların azalmasına səbəb olmasından narahat olub.

Bundan əlavə, başqa bir mənbənin sözlərinə görə, Putin müharibənin əsas məqsədlərinin artıq yerinə yetirildiyini hesab edir. O cümlədən, Rusiyanın əsas ərazisini Krımla birləşdirən torpaqların nəzarət altına alınması və Ukrayna ordusunun zəiflədilməsi kimi məqsədlər yerinə yetirilib.

Cümə axşamı səhər Kremlin mətbuat katibi Dmitri Peskov Reuters-in bu məqaləsinə şərh verməkdən imtina edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol