• $
  • £

Baydenin sanksiyaları Rusiyanın Çinə neft ixracını iflic edib

Baydenin sanksiyaları Rusiyanın Çinə neft ixracını iflic edib
23.01.2025 20:14
ABŞ Prezidenti Co Baydenin hakimiyyətinin son günlərində Rusiyanın neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalar ESPO markalı neft ticarətini qeyri-sabit hala gətirib. Bu barədə Bloomberg məlumat yayıb.

Son sanksiyalar Rusiyanın Sakit okeandakı Kozmino limanından Çinə göndərilən ESPO markalı neftin daşınma xərclərini beş dəfə artırıb.

Sanksiyalar tətbiq edilməzdən əvvəl neftin fraxt (daşınma) tarifi 1,5 milyon dollar idi, lakin ötən həftə bu məbləğ 5,5 milyon dollara yüksəlib. Bu gündən etibarən isə qiymət 7 milyon dollara çatıb.

Çinin limanları sanksiyaya məruz qalmış tankerləri qəbul etməkdən çəkinir. Bu marşrutdan istifadə edən gəmilərin əksəriyyətinə məhdudiyyətlər qoyulub, bu da Rusiyanın neft ticarətini pozub.

Rus tankerləri marşrutlarını dəyişir

Mövcud vəziyyət Qərbi Rusiyadakı limanlardan neft daşıyan tankerləri marşrutlarını Şərq istiqamətində dəyişməyə vadar edib.

Xüsusilə Legend adlı tanker bu yaxınlarda Kozmino limanından neft daşımağa başlayıb. 20 yanvarda bu tanker limandan yük götürərək Çinin Xueycou şəhərində boşaldılmalı idi. Əvvəllər bu gəmi Ust-Luqadan və Primorsk limanlarından neft daşıyıb.

Treyderlər Reuters agentliyinə bildiriblər ki, fraxt xərclərinin artması Rusiyanın neft ticarətindən əldə etdiyi gəlirləri azaldır. Onsuz da ABŞ sanksiyaları və mürəkkəb logistika şəraiti rus neft satıcılarını təzyiq altında saxlayır.

Bundan əlavə, qış mövsümündə bölgədə tanker çatışmazlığı səbəbindən yükləmələrdə daha böyük gecikmələr baş verə bilər.

Reuters mənbələrindən biri bildirib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində Asiyaya Rusiya nefti ixracında iştirak edən 80 tanker dövriyyədən çıxarılıb.
 
N.Təbrizli










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol