• $
  • £

Ermənistan KTMT-dan çıxmaq niyyətini hələ də açıqlamır - Peskov

Ermənistan KTMT-dan çıxmaq niyyətini hələ də açıqlamır - Peskov
23.01.2025 20:20
Ermənistan indiyədək KTMT-dən çıxmaq niyyətini açıqlamayıb, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"KTMT öz effektivliyini və aktuallığını sübut etmiş müstəqil, yetkin təşkilatdır. Orada işlər davam edir. İndiyədək Ermənistan bu təşkilatdan çıxmaq niyyətini açıqlamayıb”, -  Peskov deyib.

Bundan əvvəl KTMT-nin baş katibi vəzifəsini tutmuş Nikolay Bordyuja bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırması böyük səhvdir, İrəvan həmişə Moskvadan və təşkilat üzvlərindən böyük yardım alıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol