• $
  • £

“Yaşıl” istiqrazlara abunə yazılışı davam edir

“Yaşıl” istiqrazlara abunə yazılışı davam edir
24.01.2025 14:28
SOCAR-ın yeni "yaşıl” təyinatlı istiqrazlarına abunə yazılışı davam edir. 

Bu istiqrazlar, 5 il dövriyyədə olacaq və sahiblərinə hər il sabit olaraq 6 faiz gəlir qazandıracaq. Kupon ödənişləri isə 3 aydan bir həyata keçiriləcək, bu da investorlar üçün müntəzəm gəlir axını təmin edir.

"Yaşıl”  istiqrazları əldə etmək üçün son tarix fevralın 28-dir. 

SOCAR, "Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxdığı bu istiqrazlarla yalnız vətəndaşlara etibarlı və sabit gəlir qazandırmaqla kifayətlənmir, eyni zamanda ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını da dəstəkləmək niyyətindədir. 

İstiqrazlardan əldə olunan vəsait, ölkəmizdə "yaşıl” enerji layihələrinə sərf ediləcək. Bu, Azərbaycanın "yaşıl” enerji sahəsindəki təşəbbüslərinə dəstək vermək məqsədini güdür.

"SOCAR Capital” şirkətindən bildirilib ki, bu istiqrazlar, yalnız maliyyə baxımından deyil, eyni zamanda ekoloji cəhətdən də müsbət təsir göstərəcək bir investisiya imkanıdır.
"Yaşıl” istiqrazları, 1 və 5 saylı "ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, eləcə də ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür. 

Ətraflı məlumat üçün 1999 çağrı mərkəzi və socaristiqraz.az veb-saytına müraciət edə bilərsiniz. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol