• $
  • £

BP ACQ-dən dərin qaz hasilatına bu il başlamağı planlaşdırır

BP ACQ-dən dərin qaz hasilatına bu il başlamağı planlaşdırır
24.01.2025 18:22
BP Plc şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) blokunun dərin qaz qatlarından ilk qaz hasilatına 2025-ci ilin sonuna qədər başlamağı planlaşdırır. Bu barədə BP-Azərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə məlumat verib.

Keçən il Qərbi Çıraq platformasından başlanan ilk istismar quyusunun qazılması hazırda davam edir və 2025-ci ilin ikinci və ya üçüncü rübündə başa çatdırılması gözlənilir.
 
Bayatlı həmçinin qeyd edib ki,  quyunun qazma işləri başa çatdıqdan dərhal sonra istismara verilməyəcək. 

"Qazma işləri tamamlandıqdan sonra quyunun mövcud infrastruktura qoşulması üçün əhəmiyyətli işlər görülməlidir. Bu infrastruktur qazın sahilə nəqlini təmin edəcək. Bundan əlavə, platformada böyük həcmdə avadanlıq quraşdırılmalıdır ki, bu da müəyyən vaxt aparacaq", –  Bayatlı bildirib.
 
"Buna görə də, dərin qaz layihəsindən ilk qazın 2025-ci ilin sonuna qədər əldə olunması gözlənilir",   - o, əlavə edib.

20 sentyabr 2024-cü il tarixində AÇG layihəsinin səhmdarları 2017-ci ildə imzalanman Məhsulun Pay Bölgüsü Sazişinə (PSA) ikinci əlavəni imzalayıblar. Bu düzəliş AÇG blokunun dərin qatlarında qaz kəşfiyyatı, qiymətləndirilməsi və hasilatına imkan yaradır. Yenilənən PSA, ilkin müqavilə kimi, 2049-cu ilə qədər qüvvədə qalacaq. Dərin qaz layihəsində iştirak payları mövcud AÇG səhmdarlarının paylarına uyğun bölüşdürüləcək.

N.Təbrizli
Firayə Nurizadə














www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol