• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Rusiyada quşlar da sərxoş olmağa başlayıb

Rusiyada quşlar da sərxoş olmağa başlayıb
22.01.2014 16:50

Rusiyanın Novosibirsk şəhərinin sakinləri bir neçə gün özlərini çox qəribə şəkildə aparan ardıc quşlarını müşahidə ediblər: onlar sanki sərxoş imişlər. 

ANN.Az-ın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, məlum olub ki, qıcqırmış giləmeyvə yeyən lələklilər həqiqətən "sərxoş" olublar. 

"Bu il Sibirdəki anomal istilərlə əlaqədar ağacların meyvələri tez dona bilməyərək qıcqırıb. Bu meyvələri yeyən ardıc quşları sərxoş olublar", - bu sözləri agentliyə açıqlamasında ornitoloq İqor Veresov deyib. O bildirib ki, quşların özlərini belə aparmasında heç bir təhlükə yoxdur. 

Veresov bildirib ki, Sibirdə buna bənzər hadisələr çox nadir hallarda baş verir. Ancaq ölkənin Avropa hissəsində quşların və məməlilərin meyvə və giləmeyvələrdən sərxoş olması tez-tez müşahidə olunur. 

Ardıc quşları yayda həşərat və bitkilərlə, qışda isə donmuş giləmeyvələrlə qidalanır. Bu quşlar əsasən meşələrdə yaşayır və böyük sürülər şəklində hərəkət edirlər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Maska: Sənin üçün darıxdım...
Dünya 10:50
Trampdan Maska: Sənin üçün darıxdım...
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
Dünya 20:00
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Dünya 18:30
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Dünya 15:31
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Dünya 14:56
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Türkiyədə fabrikdə yanğın başlayıb
Dünya 10:10
Türkiyədə fabrikdə yanğın başlayıb
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
Dünya 09:00
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Dünya 22:30
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Dünya 21:29
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol