• $
  • £

Trampın LNG siyasəti dünya iqtisadiyyatını tərpədəcək

Trampın LNG siyasəti dünya iqtisadiyyatını tərpədəcək
27.01.2025 18:40
ABŞ-da LNG istehsalının artması Hindistan kimi bu neft məhsulunu istehlak edən ölkələrə fayda verəcək.  Reuters xəbər verdeyinə görə, bu
barədə bazar ertəsi Hindistanın ən böyük qaz idxalçısı Petronet LNG-nin baş icraçı direktoru Akşay Kumar Sinq bildirib.

Ötən həftə Tramp ABŞ Enerji Nazirliyinə LNG ixracı üzrə yeni müraciətlərin dəyərləndirilməsinə yenidən başlanması ilə bağlı  göstəriş verib. Bu proses Bayden administrasiyası tərəfindən dondurulmuşdu.

"Əgər ABŞ-da daha çox LNG zavodu tikilərsə, dünya bazarında LNG-nin qiymətləri stabilləşəcək", – Sinq mətbuat konfransında bildirib.
 
O, qiymət siyasətinə də toxunub.

"Hindistan kimi istehlakçı ölkələr üçün LNG qiymətləri 7-8 dollar/mmBtu diapazonunda olsa, tələbat kəskin artacaq. Çünki müştəri qıtlığı yoxdur, sadəcə olaraq qiymət amili vacib rol oynayır", – Sinq əlavə edib.

Sinq 2025-ci ilin birinci rübündə LNG qiymətlərinin 12-14 dollar/mmBtu səviyyəsində qalacağını proqnozlaşdırır. Bunun əsas səbəbi Avropada bu yanacağa güclü tələbatın olmasıdır.

ICIS analitiki Aleks Froley-nin verdiyi məlumata görə, Avropanın qaz ehtiyatları 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 17 milyard kubmetr (bcm) azdır.

"Bu ehtiyatların yenidən bərpa etmək üçün  əlavə həcm tələb olunacaq ki, bu da ilin ikinci rübündə qiymətləri yüksək səviyyədə saxlaya bilər", – Sinq bildirib.

O, həmçinin Petronet-in Şri-Lankaya LNG ixrac  etməyə hazırlaşdığını da  açıqlayıb.
 
Bu çərçivədə Petronet LTL Holdings-in Kolombodakı enerji stansiyalarına LNG tədarükü üçün beşillik müqavilə imzalayıb.
 
LNG ixracı Hindistanın cənubunda yerləşən Koçi terminalı vasitəsilə həyata keçiriləcək.
 
N.Təbrizli



































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol