• $
  • £

İqtisadi Şuranın iclası keçirilib

İqtisadi Şuranın iclası keçirilib
27.01.2025 19:14

İqtisadi Şuranın iclası keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar, 2024-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri və İqtisadi Şuranın 2025-ci il üzrə Fəaliyyət Planı, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Azad İqtisadi Zonanın (AİZ) yaradılması ilə bağlı məsələlər, Azərbaycanın beynəlxalq maliyyə institutları və fondları ilə əməkdaşlığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2024-cü il üzrə Fəaliyyət Hesabatı və 2025-ci il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib.

İclasda iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da Naxçıvan Muxtar Respublikasında AİZ yaradılması ilə bağlı çıxışlar edib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol