• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib

Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
30.01.2025 15:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin işdən çıxarılması onun işində yol verdiyi nöqsanlar deyil şəxsi həyatı ilə bağlı olub. Bu barədə  Anews.az-a Rəhman Şahhüseynli özü məlumat verib. 

"Səfirlikdəki işimi itirməyimə səbəb ailəvi məsələlədir", -  Şahhüseynli deyib. 

Bir neçə gün öncə Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədovun səfirliyin ikinci katibi Qafqaz Aslansoyla birlikdə səfirliyin birinci katibi Rəhman Şahhüseynlini döyməsi ilə bağlı xəbərlər yayılıb. 

XİN sözçüsü Ayxan Hacızadə Anews.az-a açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib. Şahhüseynlinin işdən kənarlaşdırılmasının isə işində yol verdiyi nöqsanlarla bağlı olduğu bildirilib. 

Şahhüseynlinin sözlərinə görə, səfir Arif Məmmədovla sabiq birinci katib arasında fiziki zəmində hər hansı münaqişə olmayıb. 
 
"Səfir Arif Məmmədovla aramızda ən kiçik mübahisə belə olmayıb. Daim qarşılıqlı hörmət və işgüzar münasibət içində çalışmışıq. Məmmədovla bir-birimizi illərdir tanıyırıq", - Şahhüseynli deyib.

Sabiq birinci katib həmçinin hazırda Azərbaycanda yaşadığını və elmi fəaliyyətlə məşğul olduğunu bildirib.  

Şahhüseynli həmçinin 2024-cü ilin sentyabrında səfirlikdən geri çağırıldığını və diplomatik xidmətdə fəaliyyətinə xitam verildiyini qeyd edib.
 
Firayə Nurizadə

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol