• $
  • £

Türkiyə 40 ədəd qırıcı təyyarə almağa hazırlaşır

Türkiyə 40 ədəd qırıcı təyyarə almağa hazırlaşır
30.01.2025 16:44
Türkiyə 40 ədəd dördüncü nəsil Eurofighter Typhoon ("Eurofighter Tayfun") qırıcılarını almaq üçün Avropa istehsalçılarından qiymət təklifi gözləyir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, müvafiq sənədlər artıq Böyük Britaniya Müdafiə Nazirliyinə və Eurofighter konsorsiumuna təqdim edilib. Ankara qiymət təklifini yaxın günlərdə əldə etməyi planlaşdırır.

Bundan əlavə, nazirlik Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün F-16 təyyarələrinin tədarükü və modernizasiyası məsələləri üzrə texniki müzakirələrin müsbət irəlilədiyini vurğulayıb.

Ankara yerli müdafiə sənayesi layihələrinə üstünlük verdiyini və beşinci nəsil KAAN döyüş təyyarəsi, Hürjet reaktiv təlim və yüngül döyüş təyyarəsi, Kızıelma pilotsuz döyüş təyyarəsi və ANKA-3 zərbə PUA-sı kimi proqramlara prioritet verdiyini xüsusi qeyd edib.
 
N.Təbrizli










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Dünya 15:59
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol