• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

“Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib

“Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib
31.01.2025 17:20
Birbank-ın təşəbbüsü və sponsorluğu, "Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə "Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib. 30 yanvar 2025-ci il tarixində layihə tərəfdaşlarını, media nümayəndələrini, təhsil və beynəlxalq ekspertləri bir araya gətirən təqdimat mərasimi baş tutub.

Tədbirdə Birbank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, "Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova, antibullinq üzrə beynəlxalq ekspert Mariya Afonina və digər rəsmi şəxslər iştirak edərək fikirlərini bölüşüblər. Fərqanə Məmmədova çıxışında bildirib ki, "Bullinq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətimizə təsir göstərən ciddi sosial problemdir. Bu, fiziki və ya emosional təsirlə yanaşı, insanların özünə inamını azaldan və onların gələcək inkişafına mane olan bir davranışdır. Məktəblər isə bir fərdin şəxsiyyət kimi formalaşmasında ən vacib mühitlərdən biridir. Ona görə də təhsil müəssisələrində bu cür mənfi halların qarşısını almaq və profilaktik tədbirlər görmək, maarifləndirmə işləri aparmaq olduqca mühüm vəzifədir”.

Bullinq təhsil mühitində şagirdlərin biri-birinə qarşı fiziki və ya psixoloji təzyiqi, eləcə də təhqir kimi halları əhatə edir. Bu, məktəblərdə şagirdlərdə  narahatlıq yaradan, özünə inamı azaldan və onların psixoloji rifahına mənfi təsir göstərən ciddi bir problemdir. Məktəblərdə sağlam, təhlükəsiz və müsbət mühitin yaradılmasını hədəfləyən bu təşəbbüs cəmiyyətdə getdikcə aktuallaşan sosial problemin həlli istiqamətində mühüm addımlardan biridir.

"Dəyişiklik səndən başlayır!”layihəsinin icrasına ilk olaraq 18 nömrəli tam orta məktəbdən başlanılacaq. Bu məqsədlə layihənin təqdimat mərasimində 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, Birbank-ın Daxili kommunikasiya və KSM şöbəsinin müdiri Aynur Həsənzadə və "Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova arasında xartiya imzalanıb. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən "Dərs Evi” Tədris Mərkəzinin müəllimləri üçün xüsusi təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən müəllimlər bullinq mövzusunda maarifləndirmə və mübarizə yolları ilə bağlı bilik və bacarıqlarını artıracaqlar. Daha sonra təlim keçmiş müəllimlər ümumtəhsil məktəblərində öz həmkarlarına tədris proqramları təqdim edərək bullinqlə mübarizənin yollarını geniş kütləyə çatdıracaqlar. Layihənin effektivliyi isə məktəblərdə keçiriləcək sorğular və qiymətləndirmələr vasitəsilə izləniləcək.
 
Qeyd edək ki, Birbank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyətimiz üçün önəmli mövzulara xüsusi diqqət yetirir və mütəmadi olaraq müxtəlif sosial layihələrə dəstək verir. Bullinq kimi dünya miqyasında aktual olan sosial problemə qarşı mübarizə təşəbbüsü bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu layihə ilə yanaşı, bank cəmiyyətin rifahına yönəlmiş müxtəlif təşəbbüsləri dəstəkləməyə də davam edir. Bankın istər təhsilin inkişafı, istərsə də sosial problemlərin həlli istiqamətlərindəki fəaliyyətləri ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, gələcək nəsillər üçün dayanıqlı bir mühit yaratmağa yönəlib. 
 
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 10:24
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
SOCAR Terminal avadanlıq potensialını 1 milyon TEU-ya çatdırmağı planlaşdırır
İqtisadiyyat 10:18
SOCAR Terminal avadanlıq potensialını 1 milyon TEU-ya çatdırmağı planlaşdırır
Azərbaycan hökuməti 2018–2025-ci illərdə birdəfəlik sosial müavinətləri kəskin artırıb
İqtisadiyyat 10:12
Azərbaycan hökuməti 2018–2025-ci illərdə birdəfəlik sosial müavinətləri kəskin artırıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:45
Məzənnə açıqlanıb
SOCAR və “Itochu” enerji və texnologiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat 18:32
SOCAR və “Itochu” enerji və texnologiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib
2025-ci ilin ilk yarısında 162 milyon manat artıq və əsassız ödəniş aşkar edilib
İqtisadiyyat 16:53
2025-ci ilin ilk yarısında 162 milyon manat artıq və əsassız ödəniş aşkar edilib
Azərbaycan qazının Suriyaya ixracı avqustun 2-də başlayacaq
İqtisadiyyat 13:23
Azərbaycan qazının Suriyaya ixracı avqustun 2-də başlayacaq
Azərbaycan Mərkəzi Bankı: İqtisadi sabitlik sahəsində irəliləyiş əldə olunub
İqtisadiyyat 13:04
Azərbaycan Mərkəzi Bankı: İqtisadi sabitlik sahəsində irəliləyiş əldə olunub
Bakı Beynəlxalq Dəniz Limanında yük dövriyyəsi artıb
İqtisadiyyat 13:00
Bakı Beynəlxalq Dəniz Limanında yük dövriyyəsi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol