• $
  • £

Tramp USAİD- İ bağlayır

Tramp USAİD- İ bağlayır
03.02.2025 10:09
Amerikalı sahibkar İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayət təşkilatı adlandırıb. Bu barədə Mask "X" hesabında yazıb. 


"USAID cinayətkar təşkilatdır. "Onun ölmək vaxtıdır", - Mask bildirib. 

ABŞ prezidenti Donald Tramp da öz növbəsində Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlamasında deyib ki, "USAID-i radikal dəlilər idarə edir və biz onları aradan götürəcəyik, sonra qərar verəcəyik”.
 
Yanvarın 20-də Tramp USAID-in beynəlxalq yardım proqramlarını 90 gün müddətinə donduran sərəncam imzalayıb. Bu müddət ərzində onların "effektivliyi və ABŞ-ın xarici siyasətinə uyğunluğu”nun qiymətləndirilməsi planlaşdırılır.
 
2023-cü ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya 42,5 milyard dollar ayrılıb.

USAID-in saytı fəaliyyətini dayandırıb.
 
USAID-in X sosial media hesabı da əlçatan deyil. Agentliyin səhifəsində "Bu hesab mövcud deyil" deyilir.
 
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da mətbuata açıqlamasında bildirib ki, Azərbaycan 2024-cü il iyunun 1-dən USAİD ilə əməkdaşlığı dayandırıb.
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Dünya 15:59
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol