• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Ermənistan növbəti 2 il üçün sülhdən yayınıb - Elman Nəsirov

Ermənistan növbəti 2 il üçün sülhdən yayınıb - Elman Nəsirov
03.02.2025 11:33
Ermənistan ən azı 2027-ci ilə qədər sülh müqaviləsi bağlamaqdan yayınacaq. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. 
 
"Bu günlərdə Ermənistan Avropa İttifaqı ilə müşahidə missiyasının sərhəddə qalmasını təsdiq edib. Sülh müqaviləsində əsas bəndlərdən budur ki, sərhəddə üçüncü ölkənin nümayəndələri olmamalıdır. Deməli Ermənistan sülhdən yayınır. Ən azı bu proses 2027-ci ilə qədər uzadılır. Sərhəddə duranlar isə diplomat yox, kəşfiyyatçıdırlar. Onlar bugün mülki hərbi, sonra hərbi mülki olacaqlar", - deputat fevralın 3-də Milli Məclisdə çıxışı zamanı bildirib. 
 
Hazırda Ermənistanla sərhəddə 165 Avropa İttifaqının, 44 isə Ermənistanın müşahidəçi xidmət göstərir.  
 
 
2023-cü ilin yanvarın 23-də Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir. Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
 
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.
 

 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Siyasət 13:20
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Siyasət 17:47
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Prezident sərəncam imzalayıb
Siyasət 17:12
Prezident sərəncam imzalayıb
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
Siyasət 17:10
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
İranda etiraz aksiyaları dayanıb - Reuters
Siyasət 16:37
İranda etiraz aksiyaları dayanıb - Reuters
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Siyasət 11:08
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Siyasət 17:21
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Prezident bu qanunu təsdiqləyib
Siyasət 14:59
Prezident bu qanunu təsdiqləyib
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
Siyasət 12:26
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol