• $
  • £

Son 1 ildə vətəndaşların kartından nə qədər pul oğurlanıb? - Rəsmi

Son 1 ildə vətəndaşların kartından nə qədər pul oğurlanıb? - Rəsmi
10.02.2025 15:36
2024-cü ildə xarici kiber müdaxilələrlə 16 min 804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22 mln. 442 min 838) manatdan artıq vəsait talanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
2024-cü ilin yanvarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 187,9 milyon manatlıq əməliyyat aparıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı”nın fevral buraxılışında bildirilir.
 
Kibertəhlükəsizlik üzrə mütəxəssis İbrahim Əbdüləzizli bildirir ki, vətəndaşların bu kimi hallar ilə qarşılaşmasının ən böyük səbəbkarları özləridir.
 
"Vətəndaşlar hər gələn zəngi, SMS-i qəbul edərək onlara təklif edilmiş saxta kampaniyalara inanaraq öz bank kartlarını dələduzlar ilə bölüşürlər. Ən çox bu kimi hallar whatsapp üzərindən baş verir. vətəndaşlara yarım ştat iş təklifi, əlavə gəlir,  gündəlik 1 saat işləyəcəksiniz kimi təkliflər irəli sürülür. Bu vədlərə inanaraq vətəndaşlar bank məlumatlarını həmin şəxslərlə bölüşürlər. Vətəndaşlar daxil olduqları saytların resurslarını yoxlamırlar. Sosial şəbəkələrdə müxtəlif qurum və şirkətlər adından investisiya dələduzluq paylaşımlar edilir. Bu kimi reklamlara inanaraq öz məlumatlarını bölüşürlər. Vətəndaşlar mütləq şəkildə rəsmi mənbələri bilməli, kiber gigiyena qaydalarına əməl etməlidirlər",- mütəxəssis vurğulayıb.

O əlavə edib ki, vətəndaşlarda günah olduğu qədər sistemlərdə də boşluqlar olur.

"Müxtəlif banklar var ki, kart üzrə limit təyin etmək funksiyası olur. Bu zaman xaricdən pul daxil olarkən banklar mənbə məlum olmadığı üçün həmin pulu dayandırır. Araşdırsaq pul itkisi olan bank kartlarının 90%-i kredit kartı xəttindən olub. Bu haqqda banklar cavab verməlidirlər ki, kredit kartındakı məbləği faizi ilə vətəndaşlar məcbur şəkildə geri ödəyir. Bu banklara sərf etdiyi üçün o istiqamətdə heç bir tədbir görmürlər. Niyə? Bir müddət əvvəl müxtəlif mobil operatorlar küçələrdə pulsuz mobil nömrə satırdılar bu zaman yaranan təhlükəsizlik risklərini niyə nəzərə alınmr? Bir çox banklarda sistem xətaları varvə bu da sistem boşluğuna gətirib çıxarda bilir. Niyə bu istiqamətdə banklar iş görmürlər? Bu kimi hallar banklar tərəfindən nəzarətə alınmalıdır",- mütəxəssis əlavə edib. 

Milli Məclisin üzvü  Vüqar Bayramov bildirir ki, bank kartlarında vəsaitlərin çəkilməsinin əsas səbəbi demək olar ki, əksər hallarda vətəndaşların həmin məlumatları üçüncü şəxslə bölüşdürülməsi ilə bağlıdır.

"Təssüf ki biz bank adından xakkerlər tərəfindən saxta zənglərin, müraciətlərin artmasını müşahidə edirik. Özünü bank işçisi kimi təqdim edirlər. Vətəndaşlardan bankla bağlı məlumatları əldə edirlər  və bunu da təbii ki banklardan vəsaitlərin oğurlanmasına gətirib çıxarır. Maarifləndirmə əsas şərtdir. Bütövlükdə bank sirlərinin qorunması ilə bağı məlumatlar yüksək olmalıdır. Əslində kart sahibləri həmin məlumatları bölüşməsələr kartdan vəsaitlərin çıxarılması mümkün deyil. Çünki kartdan vəsaitin transfer edilməsi üçün gücləndirilmiş 3D parollar şifrəyə ehtiyac olur və həmin şifrə yazıldıqdan sonra karta giriş mümkün olur. Vəsaitin ödənilməsi həyata keçirilir.  Bu da onu göstərir ki, bu istiqamətdə maarifləndirmə gücləndirilməlidir. Qanunvericilik bir mənalı şəkildə bank müştərilərinin hüquqlarını qoruyur. Qanunvericilikdə bu istiqamətdə hər hansl bir boşluq yoxdur. Yeni texnologiyanın inkişafında suni intellekdəndə istifadə olunur.  Daha da təkminləşməsi gözləniləndir",- deputat vurğulayıb.

Ötən il ayrı-ayrı vətəndaşların saxta link-keçidlərlə 1 027 fakt üzrə 2 milyon 43 min 896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1 milyon 196 min 786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598 min 48 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311 min 728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92 min 630 manat, oğurlanmış və itirilmiş kartdan 307 fakt üzrə 101 min 398 manat pul vəsaiti onlayn talanıb.

2024-cü ilin dövlət büdcəsində xarici yardımlar üçün 80 000 000 manat vəsait nəzərdə tutulub.
  
 
İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
Aytac Zeynalova
 
 
 

 


www.anews.az

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Cəmiyyət 21:58
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:18
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Liftdə qalan yeniyetmə xilas edildi - Video
Cəmiyyət 18:12
Liftdə qalan yeniyetmə xilas edildi - Video


Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Cəmiyyət 16:30
Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Cəmiyyət 16:08
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Cəmiyyət 16:08
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Ötən il 69 min qadın işlə təmin olunub - nazir müavini
Cəmiyyət 16:02
Ötən il 69 min qadın işlə təmin olunub - nazir müavini
Ümumtəhsil müəssisələrində müəllimlərin 81%-ni qadınlar təşkil edir
Cəmiyyət 15:53
Ümumtəhsil müəssisələrində müəllimlərin 81%-ni qadınlar təşkil edir
DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini
Cəmiyyət 15:39
DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol