• $ 1.7
  • € 1.9735
  • ₽ 0.021877
  • ₺ 0.04
  • £ 2.2468

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
08.02.2025 18:19
Hüquq Müdafiə Təşkilatları  Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Jurnalist Şahnaz Bəylərqızı  2025-ci il fevralın 5-də "Toplum TV" işi üzrə saxlanılıb və Xətai Rayon məhkəməsi 3 ay 15 gün müddətinə barəsində həbs qətimkan tədbiri seçib. O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. Hazırda da o, Kürdəxanı İstintaq Təcidxanasının tibbi hissəsində saxlanılır və həkim nəzarəti altındadır. Onu da qeyd edək ki, jurnalistin himayəsində iki azyaşlı övladı var.

«Hörmətli cənab Prezident, Biz dəfələrlə Sizin bizim müraciətlərə diqqətlə yanaşdığınızın və humanist münasibətinizin şahidi olmuşuq. Bunu və yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olasız», - deyə müraciətdə vurğulanır.

Mütəciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı imzalayıb.

Onlar Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya da müraciət ediblər.

«Siz bir Ana kimi daim qadın problemlərinin həllinə böyük humanizm və diqqətlə yanaşaraq öz kömək və dəstəyinizi əsirgəməmisiz. Biz bir hüquq müdafiəçisi olaraq həmişə bunun şahidiyik. İndi də Sizdən Şahnaz Bəylərqızının xəstə və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onun barəsində olan həbs qətiimkan tədbirinin ev dustqlığına dəyişdirilməsinə yardımçı olasız», - hüquq müdafiəçiləri qeyd ediblər


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Cəmiyyət 23:10
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Bakıda restoranda yanğın olub - Video
Cəmiyyət 22:47
Bakıda restoranda yanğın olub - Video
Tovuzda zəncirvari qəza olub, xəsarət alan var
Cəmiyyət 21:55
Tovuzda zəncirvari qəza olub, xəsarət alan var
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirilib – Qərar
Cəmiyyət 21:06
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirilib – Qərar
Ağdərə sakini minaya düşüb - Yenilənib
Cəmiyyət 19:18
Ağdərə sakini minaya düşüb - Yenilənib
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 19:00
Sabah bu ərazidə qaz olmayacaq
İraqın rabitə naziri Azərbaycana gəlib
Cəmiyyət 18:39
İraqın rabitə naziri Azərbaycana gəlib
Masallıda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Cəmiyyət 17:38
Masallıda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
11 ayda 65 yeni domen qeydiyyatdan keçib
Cəmiyyət 17:14
11 ayda 65 yeni domen qeydiyyatdan keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol