• $
  • £

Ermənistan-Türkiyə sərhəddi açılırmı?

Ermənistan-Türkiyə sərhəddi açılırmı?
10.02.2025 22:14

Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı hazırda heç bir irəliləyiş yoxdur. Bu barədə  Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. 

“Olsa, sizə məlumat verəcəyik”, -  spiker qeyd edib. 

Bu gün Ermənistan mətbuatında “Marqara” sərhəd-keçid məntəqəsinin açılışının martın 1-nə planlaşdırıldığı ilə bağlı xəbərlər yayılıb.

İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü keçirilib.

Görüşdə hər iki ölkənin rəsmiləri iki ölkı arasında rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsinə dair razılıq əldə olunub.

Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 

2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Dünya 15:59
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:09
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Dünya 09:10
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol