• $
  • £

2030-cu ilə qədər Günəş və Külək elektrik enerjisinin hasilatı 6 giqavat olacağı proqnozlaşdırılır

2030-cu ilə qədər Günəş və Külək elektrik enerjisinin hasilatı 6 giqavat olacağı proqnozlaşdırılır
12.02.2025 10:40

 

Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. Bunu  Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. 

Prezident bildirib ki, 2030-cu ilə qədər isə bu hədəf 6 giqavat olacaq. Bu da Azərbaycanda enerji sahəsində bir inqilab hesab ediləcək.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanda inşa edəcəyi 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası 2026-cı ildə istifadəyə veriləcək. Bunu Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Hazırda “Biləsuvar Solar SPV”, “Banka Solar” və “Abşeron” külək elektrik stansiyalarının inşasını nəzərdə tutan və ümumi dəyəri 294,5 milyon ABŞ dolları olan Dünya Bankının Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsinin (AZURE) icrası ilə bağlı da hazırlıq işləri gedir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol