• $
  • £

Yanvarda illik inflyasiya bu qədər olub

Yanvarda illik inflyasiya bu qədər olub
12.02.2025 12:07

2025-cü ilin yanvarında istehlak qiymətləri indeksi ötən ililn eyni dövrü ilə müqayisədə 105,4 % təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, yanvarda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 % təşkil edib.

2025-ci ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 % təşkil edib.

Cari ilin yanvarında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ildə ölkədə  istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102 %, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 %, qeyri-qida məhsulları üzrə 101,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,8 % təşkil edib.

Bundan əvvəl Mərkəzi Bank bildirib ki, Azərbaycanda inflyasiya 5,6 faiz proqnozlaşdırılır. 

 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol