• $
  • £

Məni öldürməyə cəhd etdilər - Zelenski

Məni öldürməyə cəhd etdilər - Zelenski
12.02.2025 14:47

Ukrayna Prezidenti Volodimir Zelenski The Guardian qəzetinə verdiyi müsahibədə 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalının əvvəlində ona qarşı sui-qəsd cəhdlərindən danışıb.

*"Bu dəfə onlar (ruslar) nə ilə gəldilər? Kiyevin yaxınlığında olduqları zaman, Kiyevi mühasirəyə alanda və ölkəmizin 50%-ni işğal edəndə. Onlar ultimatum irəli sürürdülər, bu, Minsk razılaşmasına bənzəyirdi, amma daha sərt idi. Onlar ultimatum vermək istəyirdilər ki, biz milli maraqlarımızı tamamilə satıb təslim olaq.

Yəni, bu bütün terminlər: denasifikasiya, demilitarizasiya – bizim ordumuzun olmaması, ölkəmizin Rusiya tərəfdarı adamlar tərəfindən idarə olunması, ərazilərimizin rəsmi şəkildə tanınıb verilməsi və sairə. Həmçinin, rus dilinin rəsmi dil olması tələbi", –  prezident bildirib.

Zelenski bu tələbləri “Minsk razılaşmalarının daha radikal versiyası” adlandırıb.

*"Mən dedim ki, bu mümkün deyil, çünki burada insanların hüquqlarının pozulması, Konstitusiyanın tapdanması və tam xəyanət var. Biz Putinin ultimatumu ilə razılaşmayacağıq. Müxtəlif emissarlar göndərilirdi, bəziləri gəlir və deyirdi ki, sabah bizi işğal edəcəklər, qaçmalıyıq və sairə. Çoxlu dünya liderləri mənə zəng edirdi və ölkəni tərk etməli olduğumu deyirdi.

Fərqli tərəflərdən təzyiq vardı, məni öldürmək istəyənlər vardı, atışmalar olub. Ofisimizin içində bəzi insanlar həlak olub. Eyni zamanda bizi qoruyanlar da vardı, desant enişləri həyata keçirildi. Bununla paralel olaraq müxtəlif adamların ultimatumu, zəngləri gəlirdi”, –  Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən Rusiya qoşunlarını çıxarmağa başladıqdan sonra Moskva öz ultimatumlarını yumşaltmağa məcbur olub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Dünya 15:59
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:09
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Dünya 09:10
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Dünya 23:09
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol