• $
  • £

OMV rəhbəri Azərbaycan qazının Ukrayna vasitəsilə tranzitini dəstəkləyib

OMV rəhbəri Azərbaycan qazının Ukrayna vasitəsilə tranzitini dəstəkləyib
12.02.2025 15:13

Avropa qaz tədarükünə ehtiyac duyur və Azərbaycan qazının Ukrayna ərazisi vasitəsilə tranzit perspektivlərini istisna edə bilməz. Bu barədə Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern Neue Zürcher Zeitung qəzetinə müsahibəsində bildirib.

"Biz bütün enerji daşıyıcılarının, o cümlədən qazın tədarükünü artırmalıyıq. Və biz özümüzə hansısa variantı istisna etmək lüksünü verə bilmərik. Mən gələcəkdə özümü tək bir tədarükçünün əlinə buraxmazdım. Qalan məsələlər isə siyasi xarakter daşıyır”, –  OMV rəhbəri Azərbaycan qazının Ukrayna ərazisi vasitəsilə tranzitini dəstəkləyib-dəstəkləməməsi ilə bağlı suala cavab verib.

Yanvarın 1-də Rusiya qazının Ukrayna üzərindən Avropaya tranziti tamamilə dayandırılıb. Buna səbəb Kiyevin tranzit sazişini uzatmamaq qərarı olub.

Sonradan Reuters agentliyi xəbər verib ki, Avropa Komissiyası Ukrayna ərazisindən Avropaya qaz tədarükü ilə bağlı Kiyevlə danışıqları davam etdirəcək və bu prosesə Macarıstan və Slovakiyanı da daxil etmək planlaşdırılır.

 Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bəyan edib ki, bu danışıqların mövzusu Azərbaycan qazının Aİ-yə tranziti ola bilər.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol