• $
  • £

Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq

Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq
12.02.2025 15:35

Türkmənistan təbii qazının Türkiyəyə tədarükü  2025-ci il martın 1-dəndə başlayacaq. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X sosial şəbəkəsində yazıb.

"Türkiyə və Türkmənistan arasında enerji əməkdaşlığında tarixi addım atıldı. BOTAS və Türkmənqaz arasında Türkmən qazının Türkiyəyə tədarükünə dair saziş imzalandı. Müqavilə çərçivəsində qaz tədarükünün 1 mart 2025-ci ildə başlaması planlaşdırılır”, – nazir bildirib.

Onun sözlərinə görə, müqavilənin imzalanması 2024-cü ilin mart ayında Antalyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Xalq Məsləhəti sədrinin iştirakı ilə qaz sahəsində əməkdaşlığın inkişafına dair imzalanmış Anlaşma Memorandumunun konkret nəticəsidir.

"Bu, illərdir üzərində işlədiyimiz bir müqavilədir və bu, ölkəmizin və bütövlükdə regionun təbii qaz tədarükünün təhlükəsizliyini gücləndirəcək, eyni zamanda Türkiyə və Türkmənistan arasında strateji əməkdaşlığı irəli aparacaq”, –  Bayraktar əlavə edib.

Bundan əvvəl Türkmənistan Xalq Məsləhəti sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pəzeşkiyan ilə telefon danışığı zamanı BOTAS şirkəti ilə Türkmən qazının Türkiyəyə İran vasitəsilə swap sxemi üzrə tranzitinin razılaşdırıldığını bildirmişdi.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol