• $
  • £

Azərbaycan Avropaya yanvarda nə qədər qaz ixrac edib?

Azərbaycan Avropaya yanvarda nə qədər qaz ixrac edib?
13.02.2025 09:51

2025-ci ilin yanvarında Azərbaycan Avropaya 1 mlrd kubmetr qaz ixrac edib. Bunu energetika naziri Pərviz Şahbazov deyib. 

“Yanvarda təxminən Avropaya 1 mlrd. kubmetr, Türkiyəyə 0,7 mlrd. kubmetr, Gürcüstana isə 0,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,5 mlrd. kubmetr qaz nəql edilib”, - nazir öz "X" hesabında yazıb. 

Eyni zamanda ötən ay ərzində 3,9 mlrd. kubmetr qaz hasil edilib, bunun da 2 mlrd. kubmetri ixrac olunub.

Azərbaycanda neft-kondensat hasilatı 2,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 2 mln. ton olub.

Azərbaycan 2024-cü ildə Avropaya qaz ixracını əvvəlki ilin 11,8 milyard kubmetrindən 12,9 milyard kubmetrə qədər artırıb.

Ümumilikdə qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,8 milyard kubmetrdən 25,2 milyard kubmetrə qədər artıb.

Ölkədə qaz hasilatı 2024-cü ildə 2023-cü ildəki 48,3 milyard kubmetrdən 50,3 milyard kubmetrə qədər artıb.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 2022-ci ildən etibarən Azərbaycanın qaz ixracının coğrafiyasında ciddi dəyişikliklər baş verib. Əgər əvvəl Azərbaycan qazını 4 ölkə alırdısa indi onların sayı 12ə kimi artıb.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol