• $
  • £

Avropanın 7 ölkəsi Ukrayna ilə danışıqlarla bağlı birgə bəyanat yayıb

Avropanın 7 ölkəsi Ukrayna ilə danışıqlarla bağlı birgə bəyanat yayıb
13.02.2025 09:59

Fransa, Almaniya, Böyük Britaniya və bir sıra digər Avropa ölkələri Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək istəyirlər. Bu barədə Guardian nəşri Parisdə xarici işlər nazirlərinin görüşündən sonra yeddi Avropa ölkəsi və Avropa Komissiyasının birgə bəyanatına istinadan yazıb.

 “Ukrayna və Avropa istənilən danışıqlara daxil edilməlidir. Ukrayna güclü təhlükəsizlik zəmanəti almalıdır. Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması təmin edilməlidir”, - bəyanatda deyilir.

Avropa ölkələri ABŞ-ın müttəfiqləri ilə bu mövzuda müzakirələr aparmağı gözlədiklərini vurğulayıblar.

Görüş ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə danışdığını və ikisinin Ukraynada müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlamağa hazır olduğunu bəyan etməsindən sonra baş tutub.

Guardian yazır ki, bu hadisələr Avropada ciddi narahatlığa səbəb olub, çünki Avropa liderlərinin fikrincə, Tramp və Putin Avropanın iştirakı olmadan qitənin təhlükəsizliyinin gələcəyi ilə bağlı danışıqlar aparırlar.

“Ukraynada avropalıların iştirakı olmadan ədalətli və davamlı sülh ola bilməz”, - Fransanın xarici işlər naziri Jan-Noel Barron Parisdə keçirilən görüşdə deyib. İclasda Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, İspaniya, Ukrayna və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok və İspaniyanın xarici işlər naziri Xose Manuel Alvares Bueno vurğulayıblar ki, Ukrayna ilə bağlı heç bir qərar “Ukraynasız” qəbul edilə bilməz və Aİ ölkələri vahid mövqedən çıxış etməlidirlər.

"Biz Ukraynada sülh istəyirik, lakin ədalətsiz müharibənin ədalətli sülhlə başa çatmasını istəyirik", - Albarez Bueno bildirib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski görüş zamanı “ABŞ ilə əməkdaşlığın davam etdirilməsinin” müzakirə olunan məsələlər arasında olduğunu qeyd edib.

“Qitəmizin təhlükəsizliyinin ən yaxşı təminatı sıx transatlantik əməkdaşlıqdır”, - Sikorski əlavə edib.

Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından başlayıb. Hazırda iki ölkə arasında gərginlik davam edir. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Dünya 15:59
İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:09
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Dünya 09:10
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Dünya 23:09
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol