Meksika deportasiya olunmuş 11 min miqrantı qəbul edib

Bu ilin yanvarın 20-dən, ABŞ-da prezident Donald Tramp hakimiyyətə gələndən sonra Meksika artıq 11 min deportasiya edilmiş miqrantı qəbul edib. Bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum bildirib.
Bunlardan 2500-ü Meksika vətəndaşı deyil, Prezident Scheimbaum vurğulayıb.
Bu miqrantların bəziləri könüllü olaraq quru və hava nəqliyyatı ilə Hondurasa qaytarılıb.
ABŞ miqrantları qəbul etmək müqabilində ABŞ-a tədarük edilən Meksika mallarına 25 faizlik gömrük rüsumunun tətbiqi qərarını təxirə salmağa razılaşıb.
Gülnar
Son xəbərlər
Daha çox 