• $
  • £

Ötən il sığorta bazarının həcmi artıb

Ötən il sığorta bazarının həcmi artıb
14.02.2025 11:20

2024-cü ildə sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. Bunu Azərbaycan Sığortaçılar Assosasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib. 

“Son illərdə rəqəmsallaşma bu sektorda yeni imkanlar açıb. Onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib”  Cabbarova Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı bildirib.

2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki bu göstərici 44,6 manat olub.

Son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 9 ay ərzində 26,678 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə "Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,126 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3% çoxdur.

Azərbaycanda hazırda 20 sığorta şirkəti fəaliyyət göstərir. 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol