• $
  • £

Beynəlxalq təşkilatlar Mərkəzi Bankın strategiyasından razıdır

Beynəlxalq təşkilatlar Mərkəzi Bankın strategiyasından razıdır
14.02.2025 11:49

Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə  təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində əldə edilən nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən  müsbət dəyərləndirib. unu AMB-nin İdarə Heyəti sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

Onun sözlərinə görə,  maliyyə sektorunun inkişafı üzrə strateji təşəbbüslər 4 prioriteti əhatə edir. 

"Bunlardan birincisi maliyyə sektorunun sabitliyinin təmin edilməsi üzrə təşəbbüslərdir. Bu istiqamətdə, AMB prudensial tənzimləmə çərçivəsinin modernizasiyasını davam etdirib, banklarda korporativ idarəetmə standartlarına yenidən baxb, bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edib, sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edb", - Əliyev bildirib.


Sədr müavininin sözlərinə görə, ikinci qrup təşəbbüslərə maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə tədbirləri daxildir. 

"Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişlənləşdirilməsi və yeni çeşid maliyyə alətlərindən istifadənin təmin edilməsi məqsədilə banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib, kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni tənzimləmələr gətirilmiş, agent bankçılıq üçün hüquqi-normativ baza formalaşdırılıb, "Yaşıl Taksonomiya" təsdiqlənib, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, yaşıl maliyyə və bir sıra digər sahələr üzrə məlumatlılığın artırılması məqsədilə çoxsaylı tədbirlər keçirilib",  - Əliyev vurğulayıb. 

O həmçinin qeyd edib ki,  üçünçü qrup prioritetə rəqəmsallaşma və yeni maliyyə texnologiyalarının tətbiqinə istiqamətlənmiş tədbirlər, dördüncü qrupa isə  qrup maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsi və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi daxildir. 


"Bu təşəbbüsləri həyata keçirməklə AMB ümumilikdə maliyyə sektorunda innovativ ekosistemin inkişafını, təklif tərəfdə davamlı və stabil maliyyə xidmətlərinin yaranmasını, tələb tərəfdə isə məsuliyyətli və dayanıqlı borclanmanı təşviq edir. Uzunmüddətli dövr üzrə strateji məqsədimiz dinamik inkişaf edən milli iqtisadiyyatımızda stabil maliyyə sektorunun rolunu yüksəltməkdir", - Əliyev deyib. 


N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol