• $
  • £

Hizbullah Livanda İsrailə qarşı aksiyaya çağırış edib

Hizbullah Livanda İsrailə qarşı aksiyaya çağırış edib
15.02.2025 17:52

Hizbullah Livan ictimaiyyətini İsrailin müdaxiləsini və Livanın suverenliyini pozmasını pisləyən etiraz aksiyasında iştirak etməyə çağırıb.Bu barədə Hizbullah bəyanat yayıb.

Qeyd edilib ki, Hizbullah İsrailin Livanın işlərinə qarışmasına və bu ölkənin suverenliyinin pozulmasına etiraz olaraq bu axşam Beyrut hava limanının köhnə yolunda xalqı toplaşmağa çağırır.

Hizbullah tərəfdarları iki İran təyyarəsinin Beyruta enişini qadağan edən qərara görə ardıcıl iki gecə ölkənin yeganə beynəlxalq hava limanına gedən yolu bağlayıblar.

Livan hakimiyyəti də təşkilatın hücumlarını hökumətin “Tehran – Beyrut” aviareysini bərpa etmək istəməməsi ilə əsaslandırıb.

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanının icraçı direktoru Səid Çələndri Mehr-ə bildirib ki, bu səbəbdən Beyruta planlaşdırılan reys ləğv edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Livan vətəndaşlarını daşıyan sərnişin təyyarəsinin İsrail tərəfindən təhdid edilməsini Livanın milli suverenliyinə qarşı hücum və ölkənin aviasiyasına təhdid adlandırıb.

Başverənlər İsrailin İranın SEPAH Qüds Qüvvələrinin Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə Hizbullaha mülki uçuşlar vasitəsilə silah-sursat və pul ötürüldüyü barədə ittihamından sonraya təsadüf edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:09
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Dünya 09:10
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Dünya 23:09
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
Dünya 22:28
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Dünya 21:10
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Dünya 19:45
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Dünya 19:00
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol