• $
  • £

Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək

Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək
16.02.2025 17:00

Avropa ölkələrinin dövlət və hökumət başçıları Münhen Təhlükəsizlik Konfransı başa çatdıqdan sonra Ukrayna üzrə fövqəladə sammit keçirəcək.Bu barədə diplomatik mənbələrə istinadən Qərb media orqanları məlumat yayıb.

Parisdə keçirilməsi planlaşdırılan qeyri-formal görüşdə məqsəd Avropanın Ukrayna üzrə vahid mövqeyinin formalaşdırılması olacaq. Bu ölkələrin dövlət və hökumət başçıları ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh danışıqlarında Avropanın iştirakını nəzərdə tutmamasından narahatdırlar.

Böyük Britaniya Baş naziri Kir Starmer sammitin əsas ideoloqudur.

Qeyd edilib ki, Kir Starmer həmin sammitin nəticələrini fevralın sonunda Vaşinqtonda Donald Trampla görüşdə müzakirə etməyi planlaşdırır. Növbəti mərhələdə isə Avropa liderləri və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə daha bir sammitin keçirilməsi gözlənilir.

Parisdə keçiriləcək sammitdə NATO Baş katibi Mark Rutte də iştirak etmək niyyətindədir. Mark Rutte deyib ki, əgər avropalılar iştirak hüquqlarının olmasını istəyirlərsə, Ukraynada sülh üçün yaxşı təkliflərlə çıxış etməlidirlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:09
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Dünya 09:10
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Dünya 23:09
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
Dünya 22:28
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Dünya 21:10
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Dünya 19:45
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Dünya 19:00
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol