İran Livana uçuşları dayandırıb

Livan təhlükəsizlik məqsədləri ilə Tehrandan İran aviaşirkətlərinin Beyruta uçuşlarını ən azı 18 fevrala qədər dayandırmağa xahiş edib.Bunu İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə bildirib.
Onun sözlərinə görə, hazırda Beyrut hava limanında vəziyyət mürəkkəb və gərgindir, lakin İran tərəfi vəziyyəti diqqətlə izləyir və 18 fevrala qədər vəziyyətin normallaşacağına ümid edir.