• $
  • £

Ukraynada rus mahnılarını dinləmək qadağan edilə bilər

Ukraynada rus mahnılarını dinləmək qadağan edilə bilər
17.02.2025 21:20

Ukrayna Nazirlər Kabinetinə, hətta ukraynalı sənətçilər tərəfindən ifa olunsa belə, “Apple Music” və “Spotify” kimi striminq platformalarında rus dilində mahnıların yerləşdirilməsini qadağan edən qanunun tətbiqi təklif olunub. Petisiya Ukrayna hökumətinin saytında yerləşdirilib.

Müraciətə 409 nəfər imza atıb, ona baxılması üçün 25 min imzanın toplanması lazımdır.

Həmçinin Ukrayna musiqisini və mədəniyyətini təbliğ edən məlumat kampaniyalarının aparılması təklif olunur. Müraciətdəki tələblər Ukrayna kimliyini qorumaq istəyi və Ukraynaya müsbət münasibətlə əsaslandırılır. 
Bundan başqa, bildirilir ki, rus ifaçıların musiqilərinə qulaq asmaq üçün aldıqları pullar Rusiya büdcəsinə gedir. Müraciətdə iddia olunur ki, rus dilində mahnılar, hətta ukraynalı və ya avropalı sənətçilər tərəfindən ifa olunsa belə, “rus təbliğatının elementləri və ya Ukraynanın müstəqilliyinin dəyərlərinə zidd olan kontekst daşıya bilər”.

Petisiyanın müəllifləri rusdilli musiqiyə qadağa qoyulmasını ukraynadilli ifaçıları, başqa xalqların musiqilərini populyarlaşdırmaq, hətta gənclərə olan mənfi təsirdən xilas etmək üçün bir yol kimi görürlər.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Türkiyəyə səfər edib
Dünya 15:01
Zelenski Türkiyəyə səfər edib
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:09
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Dünya 09:10
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Dünya 23:09
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
Dünya 22:28
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Dünya 21:10
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Dünya 19:45
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Dünya 19:00
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol