Qazaxıstanda mədən çöküb,dağıntı altında qalanlar var
Qazaxıstanın Ulıtau vilayətində “Jomart” mədənində çökmə baş verib.Bu barədə TASS məlumat verib.
“Fevralın 17-də “Kazakhmys Corporation” MMC-nin “Jomart” mədənində süxur kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində dağıntılar altında 7 işçi qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - məlumatda deyilir.
Hazırda hadisə yerində təcili xilasetmə işlərinin aparıldığı bildirilir.