Tiran Xaçatryan azadlığa buraxılıb
Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.Bu barədə “News.am” məlumat yayıb.
Onun həbsi 10 milyon dram girov və heç yerə getməmək barədə yazılı öhdəliklə əvəzlənib.
Müdafiə tərəfi həbs-qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti ilə Xaçatryanın aldığı mükafatların və xatirə medallarının bir qismini məhkəməyə təqdim edib.
Prokuror həbs müddətinin 3 ay uzadılmasını istəyib.
Xaçatryan 2025-ci il yanvarın 5-də həbs edilmişdi.