Cəbrayıla növbəti 37 ailə köçürülüb

Fevralın 19-da Cəbrayıla 37 ailə olmaqla 212 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.
Cəbrayıla ilk köç sentyabrın 26-da baş tutub.
İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Gülnar