• $
  • £

Ermənistan və Türkiyə nümayəndələri Vyanada bir araya gəlib

Ermənistan və Türkiyə nümayəndələri Vyanada bir araya gəlib
20.02.2025 18:36

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası çərçivəsində Ermənistan və Türkiyə nümayəndə heyətlərinin görüşü baş tutub. Bu barədə Ermənistan mətbuatı yazıb. 

Görüşdə iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər regionda yolların və digər infrastrukturların təcili olaraq açılmasını və iqtisadi əlaqələrin inkişafını vurğulayəblar.

İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü keçirilib.

Görüşdə hər iki ölkənin rəsmiləri iki ölkı arasında rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsinə dair razılıq əldə olunub.

Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 

2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Dünya 13:26
Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:09
Türkiyədə 5,2 maqnitudalı zəlzələ olub
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Dünya 09:10
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
Dünya 23:09
Pezeşkian Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
Dünya 22:28
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Dünya 21:10
İran ordusu İordaniya, Küveyt və Bəhreynə PUA hücumu həyata keçirib
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Dünya 19:45
Meloni Fars körfəzi ölkələrinə səfər edib
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Dünya 19:00
Türkiyə üç dənizi əhatə edən genişmiqyaslı hərbi təlim keçirir
Putin və Ərdoğan Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Dünya 18:39
Putin və Ərdoğan Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol