• $
  • £

ABB korporativ müştərilər üçün mühüm bir xidməti təqdim etdi

ABB korporativ müştərilər üçün mühüm 
bir xidməti təqdim etdi
20.02.2025 15:46

Azərbaycan Mərkəzi Bankının və Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) birgə təşkilatçılığı ilə SWIFT istifadəçiləri qrupunun görüşü keçirilib. Görüşdə ölkəmizdə fəaliyyət göstərən və SWIFT-in xidmətlərindən faydalanan bankların təmsilçiləri iştirak edib.

Tədbir zamanı ABB-nin SWIFT-lə tərəfdaşlıq əsasında ABB Business İnternet Bankçılıq platforması üzərindən korporativ müştərilərin istifadəsinə verdiyi “G4C” xidməti təqdim olunub.

Bu, ABB-nin son illər ölkəmizin bank sektoruna gətirdiyi ilklərdəndir. “G4C” xidməti vasitəsilə korporativ müştərilər ölkə xaricindən onlara başqa ölkələrin valyutalarında edilən köçürmələri İnternet Bankçılıqda izləyə, əməliyyatların statusunu mütəmadi nəzarətdə saxlaya bilirlər.

Qeyd edək ki, ABB-nin ilk dəfə yaratdığı bu imkana qədər yalnız ölkədən xaricə valyutada edilən köçümələri bu şəkildə izləmək olurdu. İndi isə “G4C” xidməti vasitəsilə həm ölkəyə, həm də ölkədən edilən köçürmələrin statusunu nəzarətdə saxlamaq olar.

Görüş zamanı ABB-nin SWIFT-lə əməkdaşlıq çərçivəsində yaxın vaxtlarda müştərilərə təqdim edəcəyi “Pre-validation” və “Swiftref” məhsulları haqqında da məlumatlar verilib.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol