• $
  • £

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
25.02.2025 15:25

2025-ci ilin fevralın 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil edib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15.8% artıb. 

Bildirilib ki, 2025-ci ilin yanvarında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,052 mln. manatı POS-terminallar, 3.1 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.

Azərbaycan Mərkəzi Bankı 2027-ci ilə qədər kart əməliyyatlarında nağdsız ödənişlərin payının 70%-i ötəcəyini gözləyir. Bu barədə Mərkəzi Bank  tərəfindən təsdiq edilmiş və tənzimləyici orqanın saytında dərc edilən 2024-2026-cı illərdə Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə Strategiyada bildirilib. 

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin sonuna kart əməliyyatları üzrə nağdsız ödənişlərin payı 55% təşkil edir.

Bundan əlavə, Mərkəzi Bank 2024-2026-cı illərdə milli ödəniş sistemində ani ödənişlərin payını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda bu, cəmi 0,39% təşkil edir.
 
Mərkəzi Bank hesab edir ki, 2027-ci ilə qədər bu rəqəm 25%-dən çox ola bilər.

Digər məqsəd pərakəndə ticarət şəbəkəsində nağdsız ödənişlərin payının ən azı 40%-ə (hazırda 21,1%) çatdırılmasıdır.

Mərkəzi Bank həmçinin 2027-ci ilə qədər cari hesablardan müştəri köçürmələrində rəqəmsal bankçılığın payının 90%-i (hazırda 80%) keçəcəyini gözləyir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol