"Gender bərabərliyi haqqında" qanun təsirini göstərmir - Konstitusiya Məhkəməsinin hakimi

Azərbaycanda qəbul edilən "gender bərabərliyi haqqında" qanun təsirini çox da göstərmir. Bunu Konstitusiya Məkəməsinin hakimi Ceyhun Qaracayev 2025 "Konstitusiya və suverenlik" ili "Qadın iştirakçılığının təbliği" konfransında çıxışı zamanı deyib.
"Konstitusiya Məhkəməsi çoxlu qərarlarında bərabərliyə üstünlük verib. Deyib ki, eyni statusa eyni münasibət olmalıdır,eyni faktlara eyni baxılmalıdır.Bu əslində hüququn bir məsələsidir. Vaxtilə hüquq sistemimizdə "gender bərabərliyi haqqında" qanun qəbul etdik. Dedik ki, bəyanatdır, bərabərik hamımız. Amma görürük ki, o təsir göstərmir. 2012 ci il "məişət zorakılığı haqqında" qanun qəbul edildikdən sonra təsirlər görməyə başladıq. Mən güman edirəm ki, qanun o qədər işləmir. Olduqca tərəqqi bir qanundur. Dövlət müəyyən qədər imkanları bərabərləşdirmək istiqamətində çalışır. Düşünürəm ki, qadınlar üçün yaradılan şəraiti daha da genişləndirməliyik"-, Qaracayev bildirib
Gülnar
Son xəbərlər
Daha çox 