Hüseyn Abdullayev növbəti 9 il müddətinə azadlıqdan məhrum edilib

Sabiq deputat Hüseyn Abdullayev bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadıqdan məhrum edilib.
Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb.
Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib.
Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb.
2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib.
2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 