8 Mart bayramı ilə əlaqədar direktorlara tapşırıqlar verilib

8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı direktorlara tapşırıqlar verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub.
Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.
Son xəbərlər
Daha çox 