Bakıda narkopriton əməliyyatı- Saxlanılanlar var

Bakı şəhər Nizami rayonunda narkopriton aşkar edilib.
Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlə rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan, əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.
Bundan başqa, rayonun Keşlə qəsəbəsində həyata keçirilən digər əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
Daha çox 