• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi

“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
04.03.2025 15:18

İnnovasiya və sürət lideri "Bakcell" Sumqayıt şəhərində yeni Müştəri Xidmətləri
Mərkəzinin açılışını edib. Yeni mərkəz abunəçilərə daha sürətli, rahat və texnoloji
xidmətlər təqdim etməklə, fərqli müştəri təcrübəsi vəd edir.


Sülh küçəsi 196 ünvanında yerləşən yeni “Bakcell” Müştəri Xidmətləri Mərkəzi ənənəvi
xidmətlərlə yanaşı, şirkətin ən son yenilikləri ilə tanış olmaq imkanı yaradır. Mərkəzdə
müştərilər həm yüksək texnoloji həllərdən yararlana, həm də süni intellekt dəstəkli
xidmətlər haqqında ətraflı məlumat ala bilərlər. Xüsusilə, elektron guşələr və növbəli
keçid sistemi müştəri əməliyyatlarının daha keyfiyyətli və sürətli şəkildə həyata
keçirilməsini təmin edir.


Vurğulayaq ki, yeni açılmış Müştəri Xidmətləri Mərkəzi "Bakcell"in ölkə üzrə sayca 21-cixidmət mərkəzidir.


“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
“Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər
vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.


“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol