• $
  • £

ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!

ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
11.03.2025 14:38

Ölkəmizdə American Express (AMEX) kartları vasitəsilə ödənişlərin qəbulu imkanları genişlənib. AMEX-in Azərbaycanda ilk və yeganə tərəfdaşı olan ABB ödəniş təşkilatı funksiyasını yerinə yetirən finteklərlə əməkdaşlıq edərək onlara da bu imkanı yaradıb. 

Artıq belə fintek şirkətlərindən biri - “YIĞIM Payment System” ABB vasitəsilə AMEX kartlarından ödəniş qəbulu imkanını bizneslərə təqdim etməyə başlayıb. Belə ödəniş təşkilatlarının xidmət sisteminə qoşulmuş bizneslər elektron ödənişlərində AMEX kartları ilə ödənişləri də qəbul edə bilərlər. 

Hazırda “Hilton Baku”, “Hilton Garden Inn”, “Fairmont”, “FlyInn Baku”, “RiverInn”, “ChenotPalace”, “LandMark”, “Macera Sheki” otellərində, “Easytrip”-də (Hertz) AMEX kartları ilə ödənişlər mümkündür. Tezliklə “BoltTaxi”, “Bolt Food”, “Wolt”, “Uber”, “Yango”, “WindzScooter” və digər bizneslərdə də bu kartlarla ödənişlər mümkün olacaq.

ABB-nin yaratdığı bu imkan ABŞ və AMEX kartlarının geniş yayıldığı digər ölkələrdən olan müştərilərə ölkəmizdə rahat şəkildə xidmət göstərilməsini asanlaşdıracaq. 

AMEX kartları vasitəsilə elektron ödənişlərin qəbulu Azərbaycandakı bizneslər üçün böyük imkanlar açır. Xüsusilə ABŞ-dan və AMEX kartlarının geniş yayıldığı digər ölkələrdən olan turistləri cəlb etmək üçün yeni fürsətlər yaradır. Turistlər və işgüzar insanlar AMEX kartlarından otellərdə, başqa xidmət və ticarət məkanlarında geniş istifadə edirlər. Bu isə bizneslərə yeni müştərilərin cəlbi deməkdir.

AMEX kartları ilə ödənişlərin qəbulu xarici müştərilər və tərəfdaşlar üçün biznesin cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır, beynəlxalq çevrədə şirkətin imicini gücləndirir. Beləliklə, ABB yeni inteqrasiyalar, tərəfdaşlıqlar hesabına bizneslər üçün daim yeni imkanlar yaratmaqdadır. Bu yeni imkandan faydalanmaq istəyən finteklər ABB-yə müraciət edə bilərlər.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol