Baş nazir deputatların təkliflərinə cavab verib

Milli Məclisdə səsləndirilən bəzi məsələlər nəzarətə götürülərək həlli istiqamətində addımlar atılacaq. Bunu baş nazir Əli Əsədov Hökumətin hesabatına münasibət bildirən deputatlara cavab olaraq bildirib.
"Gördüyümüz işlər tam deyil,həlli olmayan məsələlər var. İş olan yerdə hansısa çatızmazlıqlar normaldır. Burada səsləndirilən bəzi fikirlərlə prinspisə razı deyilik. Bəzilərinin bu və ya digər səbəblərdən icra etməmişik. Səsləndirilən bəzi məsələlər nəzarətə götürüləcək və həlli istiqamətində addımlar atılacaq", - baş nazir bildirib.
Əli Ədəov vurğulayıb ki, ümumilikdə 2024-cü il Azərbaycanın iqtisadiyyatı üçün həlledici uğurlu il olub.
Gülnar Nazimqızı