• $
  • £

Dənizlə daşınan yükdaşımalar artıb

Dənizlə daşınan yükdaşımalar artıb
18.03.2025 12:42

2025-ci ilin iki ayında ölkədə dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 1 463,8 min ton təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,9 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə daşınan yüklərin 47,5%-i neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 2 369,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1 856,9 min tonunu və ya 78,4%-i tranzit yüklər təşkil edib 2025-ci il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 143,5 min ton olub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5% artaraq 4,2 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il mayın 1-nə limanlarda 228 min 100 ton yük qalıb. 

2022-ci ildə Azərbaycanın dəniz limanları ilə yüklərin daşınması 11 milyon 750,6 min ton (artım 32,4%) təşkil edib.

Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının Dübəndi və Səngəçalda böyük neft terminalları var. Bundan əlavə, Ələt kəndində yeni Bakı Beynəlxalq Dəniz Limanının ərazisində 2014-cü ildə bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol