• $
  • £

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu
18.03.2025 17:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start
verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub.


Layihə çərçivəsində Birbank-ın baş ofisində 30 ədəd, filiallarında isə 119 ədəd
xüsusi qutu yerləşdirilib. Artıq bankın müştəriləri və əməkdaşları istifadəyə
yararsız elektrik batareyalarını bu qutulara atmaqla təhvil verə bilərlər.


Hazırda müxtəlif dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri və
hotellər də daxil olmaqla 500-dən çox məntəqədə batareya toplama konteynerləri
quraşdırılıb. Layihə çərçivəsində 2024-cü ildə 1645 kiloqram işlənmiş batareya
toplanıb. Layihənin məqsədi istifadəyə yararsız batareyaların çeşidlənərək xüsusi
konteynerlərdə toplanması və təhlükəsiz şəkildə utilizasiyasını təmin etməkdir.


1 may 2022-ci il tarixində başlanan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi
ekoloji davamlılığa və sosial rifahın artırılmasına xidmət edir. Geniş auditoriyanı
əhatə edən layihə tullantıların düzgün idarə olunmasına dair məlumatlılığı
artırmağı hədəf alır. Birbank-ın da qoşulması ilə layihə ölkəmizin bütün
regionlarını əhatə etmiş olacaq.


Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli
komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu
səbəbdən layihə ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması, ekoloji
tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və işlənmiş
batareya tullantılarının səmərəli idarə olunması baxımından xüsusi əhəmiyyət
daşıyır.


Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın
könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına
alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf
mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə
kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən
“Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti
ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq
kifayətdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol