• $
  • £

“Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

“Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
24.03.2025 14:20

Azərbaycanda 2025-ci il üzrə iqtisadi artım 2,57% təşkil edəcək.

Bu barədə “Fitch Solutions” (FS) şirkətinin hesabatında bildirilib.

Azərbaycanda bu il real ÜDM nə qədər olacaq?

Birgə dərc edilən hesabatda “Bloomberg Consensus” isə Azərbaycanda bu il real ÜDM-in 2,7% artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Niderlandın ən böyük bank qrupu olan “ING Group” 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozu 3 %, 2026-cı ildə 2,5 % səviyyəsində proqnozlaşdırıb.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin proqnozları

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları isə fərqlənir. “S&P Global” 2 %, “Fitch Ratings” 2025-ci ildə 3% və 2026-cı ildə 2,4 %, “Moody’s” hər il 2,5 % iqtisadi böyümə gözləntisindədir.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,7 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində olacağını gözləyir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2025-ci ilin yanvar-fevral aylarında iqtisadi artım 0,2 % təşkil edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol