• $
  • £

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!
25.03.2025 14:45

 

 Azercell gənc istedadları informatika və proqramlaşdırma sahəsində öz bacarıqlarını sınamağa çağırır

 Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan növbəti “AZERCELL CUP 2025” müsabiqəsinə qeydiyyat davam edir.

İnformatika və proqramlaşdırma sahəsinə maraq göstərən 6-7-ci sinif şagirdləri müsabiqəyə qoşula bilərlər. Seçim mərhələsindən uğurla keçən iştirakçılar üçün bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı da əldə edəcəklər. 

Müsabiqədə iştirak etmək istəyənlər 04 aprel 2025-ci il tarixinədək //azercellcup.org saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı tamamlamış namizədlər sınaq imtahanına dəvət olunacaq, müsabiqənin ilk turu isə 05 aprel 2025-ci il tarixində onlayn formatda baş tutacaq.

Qeyd edək ki, Azercell 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesini dəstəkləyir. Bu müddət ərzində bölgə və paytaxt məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol